Əsas məzmuna keç

Qəzəl

Əya, mö’min, gər istərsən səadət

İmadəddin Nəsimi

1

Əya, mö’min, gər istərsən səadət, Özünə peşə qıl daim se adət.

Əvvəl təb’i-lətifü xülqi-niku, İkinci həm kərəm, cudü səxavət.

Üçüncü, olma hərgiz bivüzu sən, Yeri, həq buyruğun tut, qıl ibadət.

Xoşa ol mö’mini-pakü müvəhhid Ki, ola anda həm bu üç xəsalət.

Həyadır birisi, biri ədəbdür, Biri dəxi nədir: xövfi-qiyamət.

Dəxi üç nəsnə könlü rövşən eylər, Həqiqət bil sən əz ruyi-iradət.

Biri müshəf, biri axar su derlər, Bu iki nəsnəyə baxsan kifayət.

Üçüncü, sün’i-həqdi hüsni-ziba, Təsərrüfsüz təfərrüc qıl fərağət.

Dəxi könlü edər üç nəsnə qəmgin, Qulaq ur kim, edəm sana hekayət.

Yaman qonşu, yaman yoldaşi-bədxu, Yaman övrət siyasətddir, siyasət.

Yəqin cənnət üzün görməz bir adəm Ki, var canında anın üç əlamət.

______________________Milli Kitabxana_______________________

Biri kəzzablıq, birisi qeybət, Biri olmaq bəxil, əhli-ədavət.

Gəlir üç nəsnədən azari-mərdüm, Var, etmə özünə anı sənaət.

Biri böhtan, biri kəcgəngəl etmək, Biri küstaq olub, qılmaq zərafət.

Nəsimi, sən yəqin əhli-nəzərsən, Bu üç nəsnəyi qıl kəndunə adət:

Biri lütfü kərəm, həm xülqi-niku, Biri – heç kimsəyə baxma həqarət.

Bu sözlər xoş nəsihətdür bilənə, Seadətdir, vəli eyni-səadət.

______________________Milli Kitabxana_______________________

Lüğət: Niku – Yaxşı; Hərgiz – Hələ; Nəsnə – Bir şey; Rövşən – Işıqlı; Müshəf – Kitab; Ziba – Gözəl; Təsərrüf – Sərf etmə, dəyişdirmə; Təfərrüc – Əyləncə; Bədxu – Pis xasiyyətli; Bəxil – Paxıl, xəsis; Mərdüm – Xalq; Küstaq – Sırtıq, cəsarətli Q

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.