Əya könül quşu, derlər imiş, mana nə?
Əya könül quşu, derlər imiş, mana nə? Büsati-eyş əcəb ruzigar imiş, mana nə?
Deyirlər oldu dil1 Leyli zülfinə Məcnun, Dəmində ol dəxi bir biqərar imiş, mana nə?
Axıtdı yaşımı dövran, batırdı qanıma əl, Rəqib əlindəki dəsti-nigar imiş, mana nə?
Ləbin zülalinə süzdü, tükəndi ömri-əziz, Həyati-Xızr əgər paydar imiş, mana nə?
Bu bəxti-bəd ki, mənimdir, Xətayi, ol şuxi Ğəm əhlinə deyələr ğəmgüsar imiş, mana nə?
Lüğət: Dil – ürək; Leyli – yelda – qışın ən uzun gecəsi; Dəst – əl; Nigar – sevgili, bəzəkli