Əsas məzmuna keç

Qəzəl

Əya gün yüzlü, çöhrən ayə bənzər

Şah İsmayıl Xətai

1

Əya gün yüzlü, çöhrən ayə bənzər, Boyun bir sərvi-xoş balayə bənzər.

Xədəngi-can fədadır qəmzən, ey dust, Qaşın üstə qurulmuş yayə bənzər.

Cəhanda bülbül olsam mən əcəbmi? Sənin yüzün güli-həmrayə bənzər.

Yüzün şövqilə lə’lin həsrətindən Gözüm yaşi behər su çayə bənzər.

Məlayik, hurinin gər hüsni xubdur, Yüzün andan dəxi zibayə bənzər.

Sifatın oxusa gülşəndə mütrib, Könül fəryadı çəngü nayə bənzər.

Xətayi, dilbərindir huri-rizvan, Otağı cənnətül-mə’vayə bənzər.

Lüğət: Bala – yüksək, yuxarı; Xədəng – ox; Həmra – qırmızı, al; Hüsn – gözəllik; Ziba – gözəl; Çəng – musiqi aləti; Rizvan – behişt, behişt qapısı; Cənnətül – mə’va – behişti mənzili; Vayə – nəsib, pay, məqsəd

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.