Ey yüzün güldür, ləbin çün ğönçə xəndandır yenə
Ey yüzün güldür, ləbin çün ğönçə xəndandır yenə, Buyi-muyin aşiqə küfr ilə imandır yenə.
Anca əfğan etdim, ey dürri-məlahət, sənsizin, Çeşmeyi-çeşmimdən axan bəhri-ümmandır yenə.
Ta ğəmi-hicran ilə düşdüm vüsalından irağ, Ğəmlü könlüm hicr ilə çün beytül-əhzandır yenə.
Yüzüni zahid nədən səb’ül-məsanidir deməz, Səfhəsində yazulu həm nuri-Qur’andır yenə.
Şol pərişan zülfüni ta görmüşəm, ey ruhi-qüds, Dərdü həsrətdən mənim könlüm pərişandır yenə.
Onca çəkdüm firqətin xarini, ey gülyüzlü yar, Yürəgimdür ğönçə nisbət, dopdolu qandır yenə.
Dün demişdin: – Məndən özgə yarə vermişsən könül. Mən Xətayi xəstə halə bu nə böhtandır yenə?
Lüğət: Xəndan – gülən; Küfr – inamsızlıq, kafirlik; Dürr – inci; Çeşmeyi – heyvan – dirilik bulağı; Bəhr – dəniz; Hicr – ayrılıq; Nuri – rəhman – ilahi nur; Şol – o; Firqət – ayrılıq; Dün – dünən, gecə