Ey yanağından xəcil gül laleyi-həmra ilən
Ey yanağından xəcil gül laleyi-həmra ilən, Qanımı tökdü gözün, hər ləhzə bir sevda ilən.
Könlümü al ilən aldı, şimdi can istər gözün, Bunca şıltağı nədəndir aşiqi-şeyda ilən?
Dişlərin əksi düşəli gözlərim sevdasına, Lə’l düşmüşdür gözümdən lö’löi-lala ilən.
Ta əbəd sevdaya verdi can ilə dünyavü din, Hər ki, bazar eylədi şol nərgisi-şəhla ilən.
Ənbəri- zülfün nəsimi faş olalı aləmə, Oda düşdü nafeyi-Çin, ənbəri-sara ilən.
Lüğət: Sevda – 1. Öd. 2. Məhəbbət; Əksi – Nöqsan; Şol – O