Əsas məzmuna keç

Qəzəl

Ey yanağından xəcil gül laleyi-həmra ilən

İmadəddin Nəsimi

1

Ey yanağından xəcil gül laleyi-həmra ilən, Qanımı tökdü gözün, hər ləhzə bir sevda ilən. Könlümü al ilən aldı, şimdi can istər gözün, Bunca şıltağı nədəndir aşiqi-şeyda ilən? Dişlərin əksi düşəli gözlərim sevdasına, Lə’l düşmüşdür gözümdən lö’löi-lala ilən. Ta əbəd sevdaya verdi can ilə dünyavü din, Hər ki, bazar eylədi şol nərgisi-şəhla ilən. Ənbəri- zülfün nəsimi faş olalı aləmə, Oda düşdü nafeyi-Çin, ənbəri-sara ilən. Çeşmeyi-heyvan suyundan olmadı canı diri Hər ki, vüslət bulmadı şol lə’li-ruhəfza ilən. Sərv ilə şümşadü tuba olmasun şimdən gerü, Çün Nəsimi qane oldu şol qədi-bala ilən.

Lüğət: Sevda – 1. Öd. 2. Məhəbbət; Əksi – Nöqsan; Şol – O; Bala – Hündür, uca

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.