Əsas məzmuna keç

Qəzəl

Ey xublar içrə təl’əti hüsn ilə bay olan

Şah İsmayıl Xətai

1

Ey xublar içrə təl’əti hüsn ilə bay olan, Ol sərv qəddi sayəsi zilli-hümay olan.

Canlar şikarın etməyə səyyad gözləri, Kirpigü ox, qaşları peyvəstə yay olan.

Baği-rüxin suvarmaq içün bağiban kimi Hər bir yanayə qanlu yaşım dürlü çay olan.

Ah-vay ki, kamü vayəmi verməz, tükəndi ömr, Eşqində gecə-gündüz işim ah-vay olan.

Qılsan bu xaki-payinə bir gəz nəzər nola, Salmazmı xakə yüzüni xurşidü ay olan?

Vəslin nəvasın istəsə canım, əcəb degil, Möhtac olur həmişə pəniyə gəday olan.

Aldın şikəstə könlünü miskin Xətayinin, Çindir vəfalu bolmağı xubi-Xətay olan. ____________ 1 Burada, ikinci beytdəki qafiyə təkrar edilmişdir, “binişandır” yerinə “gülüs- tandır” yazılsa, məna və qafiyə düzələr. 2 Buradakı mah-asimandır sözü mahi-asimandır, yəni göyün Ayıdır tərkibinin vəznə görə təhrif olunmuş şəklidir.

Lüğət: Xublar – gözəllər; Hüsn – gözəllik; Sayə – kölgə; Zilli – sübhan – Allah kölgəsi; Hümay – cənnət quşu, dövlət quşu; Peyvəstə – daimi, bitişik; Xurşid – günəş; Vəsl – qovuşmaq; Mah – ay

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.