Əsas məzmuna keç

Qəzəl

Ey xoş ol günlər ki, bəzmimdə nigarım var idi

Seyid Əzim Şirvani

1

Ey xoş ol günlər ki, bəzmimdə nigarım var idi, Zövqi-didar ilə könlümdə qərarım var idi.

Getdi ol günlər ki, zülfü arizindən ol məhin, Sünbülüm, müşküm, gülüm, bağım, baharım var idi.

Rəşk edib dövri-fələk məndən ayırdı aqibət, Dərdü qəm dəfinə kim, bir qəmküsarım var idi.

Barilaha, bir də mən görrəm ola ol günləri Kim, visali-yardə xoş ruzigarım var idi.

Seyyida, bir də görüb ölsəm əgər, olmaz qəmim, Ol zamani kim, vüsali-gülüzarım var idi.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.