Ey Xızır, zülməti-zülfü sənə asan olmaz
Ey Xızır, zülməti-zülfü sənə asan olmaz, Dəhəni-yar kimi çeşməyi-heyvan olmaz.
Hüsnə mövquf degil, yar gərək hal əhli, Çox olur yar, vəli yari-zəbandan olmaz.
Seyd qılmaz dili-üşşaqı, könül, kakilü zülf, Hüdhüdün tacı əgər olsa, Süleyman olmaz.
Qan edibdir, dili-üşşaqı xəyali-dəhənin, Afitabım, ləbüvi ləl desəm qan olmaz.
Xəlq edə aşiq üçün xaliq əgər yüz firdovs, Bu yəqinimdi ki, əcri-şəbi-hicran olmaz.
Zahida, etmə mənim könlümə iyman təlqin, Kafəri-eşqdi bu, hiç müsəlman olmaz.
Sənə hədsiz olur, ey şux, mənimtək aşiq, Mənə bu aləm ara sən kimi canan olmaz.
Zülməti-şəbdən usandım, ey əlin qurbanı, Sinəni açmayasan, sübh nümayan olmaz.
Hüsn sultanı sənin kimi tapılmaz hərgiz, Sənə Seyyid kimi bir bəndeyi-fərman olmaz.