Əsas məzmuna keç

Qəzəl

Ey xətin səb’ülməsani, ey ləbin mai-təhur

İmadəddin Nəsimi

1

Ey xətin səb’ülməsani, ey ləbin mai-təhur, Vey camalın pərtövündən sərbəsər aləmdə nur.

Və’deyi-yövməl-qiyamət endi həqdən arifə, Ruzi-həşr oldu, çalındı vəhdətin günündə sur.

Xilqətin şanında münzil oldu əmri-əscuda, Bilmədi şeytan bu rəmzi, şükrünü qıldı qəyur.

Şübhədən arınü əhli-sacid olgil, səcdəyə, Leysə məqbuləl-səlatül-qəlb illa bilhüzur.

Xatiri-cəm’iyyət ol zülfi-pərişanındadır; Şol cəhətdən olmadı xali xəyalın əz xütur.

Eynimə gəlməz cahanın zülməti bir şəmməcə, Çün iki aləmdə sənsən mərdümi-eynimdə nur.

Həmdilillah kim, Nəsimi buldu yarın vəslini, Fariğül bal əz qəmi-dünyavü min həşrən nüşur.

______________________Milli Kitabxana_______________________

Lüğət: Nur – İşıq; Şol – O; Mərdüm – Xalq; Yarın – Səhər

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.