Ey xəstə könül, əzmi-səri-kuyi-nigar et
Ey xəstə könül, əzmi-səri-kuyi-nigar et, Ol kuydə can nəqdini cananə nisar et.
Mahi-rüxi-canan xət ilə oldu siyəhgun, Gün keçdi, könül, gəl dəxi fikri-şəbi-tar et.
Peymanəni sındırmaya ta səngi-həvadis, Mey şişələrin dövrənə, ey dust, həsar et.
Cəhd et olasan vəsvəseyi-əqldən azad, Məcnun kimi seyr etməgə səhrayə güzar et.
Məsciddə həsiri eləmə aləti-təzvir, Mərdanə qədəh tut, bu riyadən dəxi ar et.
Mənzurun əgər aləm ara kəsbi-ziyadır, Bir mahrüxün tut ətəgin, busi-kənar et.
Ey Seyyid, əgər həşt-behişt isə muradın Aləmdə, yeri, peyrəviyi-həştü çəhar et.