Əsas məzmuna keç

Qəzəl

Ey xədəngi-qəminə sineyi-əhbab hədəf

Məhəmməd Füzuli

1

Ey xədəngi-qəminə sineyi-əhbab hədəf, Müntəzir xəncəri-müjganinə canlar səf-səf.

Xaki-dərgahinə hər sübh sürər gün üzünü, Qaliba ondan ona hasil olubdur bu şərəf.

Haşə lilləh ki, bu divaneyi-şövqi-xətinə Səbəbi-qeyd ola, zənciri-süturi-müshəf.

Saldı dəryayə səba xəncəri-qəmzən vəhmin Ki, çıxarmayə dəxi gövhəri-nasüftə sədəf.

Ey könül, aləmə aldanma, sənə rəng verir, Xakdir kim, onu gəh lə’l qılır, gah xəzəf.

Bəzmi-Cəmşid fəna bulmaq ilə bildim kim, Dövr cövründən imiş, növheyi-ney, naleyi-dəf.

Ey Füzuli, tələbi-rütbeyi-irfan eylə, Cəhl ilə hasili-övqati-şərif etmə tələf.

Lüğət: Xədəng – ox; Əhbab – dostlar; Sütur – sətirlər, xətlər. Ş; Müshəf – Quran; Nasüftə – dəlinməmiş, deşilməmiş; Xəzəf – saxsı qab, saxsı parçası; Bəzm – qonaqlıq, kef məclisi

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.