Əsas məzmuna keç

Qəzəl

Ey vücudun əsəri, xilqəti-əşya səbəbi!

Məhəmməd Füzuli

1

Ey vücudun əsəri, xilqəti-əşya səbəbi! Nəbi ol vəqt ki, bilfe’l gərəkməzdi nəbi.

Seyyidi-əbtəhiyü məkkiyü ümmiyü zəki, Haşimiyü mədəniyü qüreyşiyü ərəbi1.

Səbqəti-zat ilə eyvani-risalət sədri, Şərəfi-əsl ilə fehristi-rüsul müntəxəbi.

Əzmi-çərx etdi Məsiha ki, bula me’racın, Yetmədi mənzili-məqsudə təriqi-tələbi.

Ənbiyadan kimə sən tək bu, müyəssərdir kim, Adəmə vəchi-mübahat ola izzü nəsəbi.

Xələfi-mö’təbəri-Adəmü Həvva sənsən, Cə’ələllahü fədaən ləkə ümmi və əbi2.

Ya Nəbi, qılma Füzulini qapından məhrum, Əfv qıl, var isə dərgahdə tərki-ədəbi.

Lüğət: Xilqət – xəlq olunmaq, yaranmaq; Rüsul – elçilər, peyğəmbərlər; Müntəxəb – seçilmiş; Ənbiya – peyğəmbərlər; Mübahat – öyünmək, fəxr etmək; Xələf – övlad; Ümmi – anadangəlmə yazıb-oxumaq bilməyən

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.