Ey vücudi-kamilin, əsrari-hikmət məsdəri
Ey vücudi-kamilin, əsrari-hikmət məsdəri, Məsdəri-zatın olan əşya sifatın məzhəri.
Məzhəri hər hikmətin sənsən ki, kilki-qüdrətin Səfheyi-əflakə nəqş etmiş xütuti-əxtəri.
Əxtəri məs’ud olan oldur ki, təb’i-pakinin Qabili-feyz ola lütfündən səfayi-cövhəri.
Cövhəri mə’yub olan naqis mənəm kim, müttəsil Sadədir xəttin xəyalilə zəmirim dəftəri.
Dəftəri-ə’malımın xətti xətadəndir siyah, Qən tökər çeşmim, xəyal etdikcə hövli-məhşəri.
Məhşəri əşkim verər seylabə, gər ruzi-cəza Olmasa məqbul dərgahə sirişkim gövhəri.
Gövhəridir eşq bəhrinin, Füzuli, abi-çeşm, Leyk bir gövhər ki, lütfi-həq onadır müştəri.
Lüğət: Əsrar – sirrlər, gizli sözlər; Məsdər – mənşə; bir şeyin çıxdığ yer; Məzhər – bir şeyin zahir olduğu yer; Kilk – qələm; Xütut – xətlər. İ; Müttəsil – bir-birinin ardınca, daima; Zəmir – könül, qəlb; Sirişk – göz yaşı