Əsas məzmuna keç

Qəzəl

Ey üzün nuri-zati-yəzdani

İmadəddin Nəsimi

1

Ey üzün nuri-zati-yəzdani, Vey rüxündür süfati-rəhmani.

Kirpigin, qamu zülfü rüxsarın, Həq kəlamıdır, oxu Qur’anı.

Lövhi-məhfuzi-həq ələt-təhqiq, Adəmi bil, əgər zi insani.

Qabü qövseyn ilə müsəlman ol, Allah, Allah, budur müsəlmani?

Küfri zülfün savadına iman Gətirən buldu nuri-imanı.

Ləbi-lə’lindən içən abi-həyat, Nedə zülmətdə abi-heyvanı.

Yerü gög, xüldü rövzeyi-rizvan, Cənnəti-ədn imiş gülüstanı.

Uyma şeytana, nəfsini öldür, Oda buraxma cavidan canı.

Cana gir gör camali-cananə, Qalmayan cana, buldu cananı.

Sirri-sübhanəlləzi-əsra Yazdı vəchində dəsti-rəbbani.

Səcdə qıl adəmə firiştə kimi, Sən təkəbbürdən olma şeytani.

Gəl bu gün fani ol, bəqa bulasan, Danla sud eyləməz peşimani.

______________________Milli Kitabxana_______________________

Ayü gün səcdə qıldılar üzünə, Ey camalilə Yusifi-sani.

İxtiyar eylə fəqri, dərviş ol, Fəqri bil tacü təxti-sultani.

Fəzli-həqdən Nəsimi, yetdi sana Mülkətü xatəmi-Süleymani.

______________________Milli Kitabxana_______________________

Lüğət: Yəzdan – Allah; Xüld – Əbədiyyət, ölməzlik; Rizvan – Cənnət; Firiştə – Mələk; Bəqa – Baqilik; Danla – Sabah; Sud – Fayda ______________________Milli Kitabxana_______________________; Sani – İkinci; Xatəm – Möhür, möhürlü üzük; Son

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.