Ey üzün cənnati-ədnin, vey boyun tubi-rəvan
Ey üzün cənnati-ədnin, vey boyun tubi-rəvan, Fədxəluha xalidun ondan bilindi cavidan.
Zahir oldu surətindən mə’niyi-ümmül-kitab, Andan izhar oldu həqdən bunca ayatü bəyan.
Qaf vəl-Qur’an yanağından bilindi gör bu gün, Yeddi xət, səb’ülməsani oldu üzündən nişan.
Surətindən zahir oldu mə’niyi-zatül-əhəd, Əlləməl-əsmavü tahadır üzün nuri-düxan.
Həq təala çün təcəlli eylədi Tur üstünə, Musiyi-Imran dəlilidir yəqin, hüsnün nişan.
Saəti-leylü nəharın gör, bəyan həqqindədir, Bildim anı həq bilir, sənsən yəqin canü cahan.
Cümlə əşya zövc imiş həqdən çü yekta layəmut, Istiva ərş üstünə zahir sirat oldu əyan.
Zahir oldu surətin həq uş kəlamüllahı gör, Ta bəyani-nəhnü vəqrəb biləsən, ey zində can.
Natiq oldu cümlə əşya Fəzli-həqdən aşikar, Rəbbəna, ətməm ləna nurən təali filcinan.
Çün Nəsimi zülfü xalından oxur ümmül-kitab, Kaşifi-əsrar olubdur ol zi Fəzli-müstəan.
Lüğət: Təcəlli – Əzəmətli zühur etmə; Leyl – Gecə; Layəmut – Ölməz; Kəlamüllah – Allah sözü; Zində – Diri; Əsrar – Sirlər