Ey ürək, eşqdən sən ar eləmə
Ey ürək, eşqdən sən ar eləmə, Eşqi könlündən heç kənar eləmə.
Eşqi inkar fikrinə düşmə, Özünü böylə işdə xar eləmə.
Nə qədər eşq var və aşiqsən, Özgə bir şivə ixtiyar eləmə.
İstəsən gər cahanda rahətlik, Özünü əhli-etibar eləmə.
Etmə dünyadə heç kəsi təqlid, Xidməti-şahü şəhriyar eləmə.
İki dünya nicatın istərsən, Dəlilikdən səva şüar eləmə.
Gəl, Füzuli nəsihətin dinlə: Tərki-xubani-gülüzar eləmə.