Ey təğafül birlə hər saət qılan şeyda məni
Ey təğafül birlə hər saət qılan şeyda məni, Vaqif ol kim, öldürər bir gün bu istiğına məni.
Zə’fim eldən yaşırıb, əhvalimi saxlar, vəli Naleyi-biixtiyarımdır qılan rüsva məni.
Gər məni xunabeyi-əşkim nihan eylər, nə sud, Qanda olsam, möhnəti-eşqin qılar peyda məni.
Valehi-zövqi-ləbi-meygunü çeşmi-məstinəm, Saqiya, sanma xərab etmiş meyü səhba məni.
Xali etmişdir məni məndən məhəbbət, dustlər, Eyb qılmın, görsəniz aləmdə bipərva məni.
Guşeyi-mehrabə tutmuşdum rəhi-zöhdü səlah, Qoymadı öz halimə ol nərgisi-şəhla məni.
Ey Füzuli, bir sənəm zülfünə könlüm bağıladım, Çəkdi zənciri-cünunə aqibət sevda məni.
Lüğət: İstiğına – vara qənaət etmə, nazlanma, ağr davranma; laqeydlik; Sud – fayda, qazanc; Zöhd – zahidlik