Əsas məzmuna keç

Qəzəl

Ey şəm, yanıbdır sənin eşqində rəvanım

Məhəmməd Füzuli

1

Ey şəm, yanıbdır sənin eşqində rəvanım, Aydın ola, kaş sənlə də bu suzi-nihanım.

Hüsnün belə məşhuri-cahan məndən olubdur, Rüsva olub eşqində cahan içrə bu canım.

Bağla dilimi, qoyma gələ nitqə ki, salsın Dildən-dilə sirri-qəmi-eşqin bu zəbanım.

Hər bir səsə gur əks-sədalar verən ev tək, Əfğanə salıb günbədi-gərduni-fəğanım.

Ahım sənə yetməz, gözəlim, qəddim əyilmiş, Getməz uzağa ox, dəxi süst oldu kamanım.

Qalmışdır işim Allaha, bəs mən nə edim, ah! Məşuqələrin eşqi alıb əldən imanım.

Bəs mən necə də ağlamayım indi, Füzuli, Qaldırdı yolundan məni öz əşki-rəvanım.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.