Əsas məzmuna keç

Qəzəl

Ey şəha, mən səndən özgə sevmədim, sevmən dəxi

Şah İsmayıl Xətai

1

Ey şəha, mən səndən özgə sevmədim, sevmən dəxi. Mahi-rövşən səndən özgə sevmədim, sevmən dəxi.

Hər kimin bir ahu gözlü dilbəri seyrandadır, Göz dəxi ceyrandan özgə sevmədim, sevmən dəxi.

Cigərim səd parədir qəmzən oxundan, ey sənəm, Kirpigi müjgandan özgə sevmədim, sevmən dəxi.

Bu həqiqət məclisində mən sənəm, sən dəxi mən, Eylə sanma, səndən özgə sevmədim, sevmən dəxi.

Dilbər aydır: – Ey Xətayi, bir dəxi sevdin məgər? – Həq bilür ki, səndən özgə sevmədim, sevmən dəxi.

Lüğət: Səd – yüz

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.