Əsas məzmuna keç

Qəzəl

Ey sənin yüzünə baxdıq, qutlu oldu mahimiz

Şah İsmayıl Xətai

1

Ey sənin yüzünə baxdıq, qutlu oldu mahimiz, Nə əcəb surət yaratdı sün’ilə Allahimiz.

Çün irişdim yüzinə, buldum siratül-müstəqim, Abi-heyvanə irişdi vardığınca rahimiz.

Dün sağınur kim ki, görsə zülfinin şəbrəngini Kim, qarayə boyayıbdır ani dudi-ahimiz.

Xızri-cavidan əlindən içmişüz abi-həyat, İsiyi-Məryəm qatında qurmuşuz xərgahimiz.

Kə’beyi-vəslinə verdim canımı, qurban dedim, Hacı oldum, qan tökərəm, xanı qurbangahimiz?

Qaşların tağini gördüm, qibləgahim eylədim, Çün əyağın toprağında oldu mənzilgahimiz.

Bu Xətayi Kə’beyi-eşqinə ehram bağladı, Ol saatda ərşə çıxdı zikri-illəllahimiz.

Lüğət: Qutlu – mübarək, uğurlu; Abi – həyat – dirilik suyu; Dün – dünən, gecə; Cavidan – əbədi; Qatında – yanında; Zikr – anma, söyləmə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.