Əsas məzmuna keç

Qəzəl

Ey sənəm, yüzində müşkin zülfini dağıtmagil

Şah İsmayıl Xətai

1

Ey sənəm, yüzində müşkin zülfini dağıtmagil, Bağrımın yüz dağı üstə bir dəxi dağ etməgil.

Ta yüzini görmüşəm, divanə oldum dərd ilə, Zülfinizdən özgə dəxi boynuma bağ etməgil.

Şol qara yüzlü rəqibi qoyma kuyin gerdinə, Xəstə bülbül tək məqamin mənzili-zağ etməgil.

Ey pəri, aşiqlərin divanə qılma könlünü, Aşiqin Məcnun misali məskənin dağ etməgil.

Ey Məsiha, bəndəni kuyində yad et bir nəfəs, Bu Xətayinin yerin hicrində toprağ etməgil.

Lüğət: Şol – o; Zağ – qara qarğa

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.