Əsas məzmuna keç

Qəzəl

Ey sənəm, yolunda bu aləm fədadır, can dəxi

Şah İsmayıl Xətai

1

Ey sənəm, yolunda bu aləm fədadır, can dəxi. Bəlkə quldurur sana aləmdə hər sultan dəxi.

Ey pəri, hüsninə insan necə heyran olmasun, Gögdə sərgərdan olubdur ol məhi-taban dəxi.

Ey günəş, hüsnin sənin bir övcə yetmişdir bu gün, Ayağın altında toprağ kimidir Keyvan dəxi.

Mövci-eşqindən sənin ğərq olmuşam bir bəhrə kim, Gözlərim yaşı qatında qətrədir ümman dəxi.

Necə yanmasun Xətayi arizin hicrində kim, Ğərqeyi-xun oldu cövrindən güli-xəndan dəxi.

Lüğət: Sərgərdan – avara, sərsəri; Taban – parlaq; Hüsn – gözəllik; Keyvan – Zühəl ulduzu, Saturn ulduzu; Qatında – yanında; Ariz – yanaq; Xun – qan; Xəndan – gülən

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.