Ey səfi-novki-müjən zülfi-məlamət şanəsi
Ey səfi-novki-müjən zülfi-məlamət şanəsi, Hər gireh zülfündə bir dami-təhəyyür danəsi.
Bülbüli-can övci-istiğınayi-hüsnün tairi, Tairi-dil pərtövi-şəm’i-rüxün pərvanəsi.
Könlümü qılmış xəyali-mərdümi-çeşmin vətən, Şükr kim, mərdümnişin olmuş bu qəm viranəsi.
Dövri-rüxsarində xəttin hey’əti eşq əhlinə, Bəzmi-qəmdə qanilə dolmuş bəla pemanəsi.
Şəm’i ruyin tabi xurşidi-qiyamət pərtövi, Höqqeyi-lə’lin sözü xabi-ədəm əfsanəsi.
Zaye’ olmaz vadiyi-vəhdətdə ol avarə kim, Bəsteyi-zənciri-zülfündür dili-divanəsi.
Qanlı yaşın bəs ki, saçmışdır Füzuli hər tərəf, Lalərəng olmuş hübabi-mey kimi xümxanəsi.
Lüğət: Mərdüm – göz giləsi; xalq, camaat; Bəzm – qonaqlıq, kef məclisi; Hübab – suyun üzərində əmələ gələn qabarcıq, köpük