Əsas məzmuna keç

Qəzəl

Ey sayə, mən tək gəzmədin səhraları avarə sən

Məhəmməd Füzuli

1

Ey sayə, mən tək gəzmədin səhraları avarə sən, Yox taqətin tənhalığa, möhtacsan bir yarə sən.

Rüsvay oldum, ey sənəm, qaldır üzündən pərdəni, Məndən ayır xəlqin gözün, cəzb et o gülrüxsarə sən.

Mən görmədən rüxsarını dərdə deyildim mübtəla, Hüsnünlə saldın, ey pəri, qəlbi yeni azarə sən.

Eşqin yolunda keçmişəm başdan, ayaqdan düşmüşəm, Rəhm et, məni-biçarənin dərdinə qıl bir çarə sən.

Var vəchi sərgərdən olub, bir yerdə durmazsa könül, Ey gül, onu bülbül kimi təslim edibsən xarə sən.

Yoxdur sənin qəddin kimi bir sərv, sərvistan ara, Rüxsarın ilə vermisən zinət gülə, gülzarə sən.

Bəsdir, Füzuli, uyduğun əhli-riyanın felinə, Bir aşiqi-şeyda olub, ver könlünü dildarə sən.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.