Ey saqiyi-gülçöhrə, mahi-rəməzan oldu
Ey saqiyi-gülçöhrə, mahi-rəməzan oldu, Gülzari-rüxi-dilbər zəf ilə xəzan oldu.
Dildar tutub ruzə, zəf oldu ona qalib, San yengi çıxan aydır, çərx üzrə əyan oldu.
Qaçmış o güli-alın ləli-ləbinin qanı, Bağrım tutulub qəmdən, qönçə kimi qan oldu.
Aşüftə olub kakil əbruyi-kəcin tutdu, Mah idi bu eyd üçün əbr içrə nihan oldu.
Açıldı dəri-məscid, cəm oldu riya əhli, Bağlandı səri-mina, qəmdən xəfəqan oldu.
Niyyət gecəsi verdim iymanı, şərab aldım, Sud oldu bu sövdadə, zahid, nə ziyan oldu?
Ta hübbi-Əlidən mey Seyyid kimi nuş etdim, Sərməstligim, saqi, məşhuri-cahan oldu.