Ey saçın fikri qamu sevdalərin sərmayəsi!
Ey saçın fikri qamu sevdalərin sərmayəsi! Olmasın başimdən əksik sərvqəddin sayəsi.
Baş qoyar hər sübhdəm xurşid xaki-payinə, Bu səadətdən onun gəldikcə artar payəsi.
Sən səlamət kisvətin zivər qıl, ey əhli-səlah Kim, mənə bəs muyi-julidəm cünun pirayəsi.
Görməmiş məhdi-zəmin bir tifl sən tək, ta fələk Dəhr zalın qılmış ətfali-rəyahin dayəsi.
Bərqi-ahindən Füzulinin göyərdi bixəbər, Dünlər əfğanilə bidar olmasa həmsayəsi.
Lüğət: Payə – rütbə, mərtəbə, pillə; Kisvət – paltar; Zivər – bəzək; Julidə – dağınıq, qarmaqarışıq. K; Cünun – dəlilik, divanəlik; Pirayə – bəzək, zinət; Məhd – beşik; Bərqi – lame’ – ildırım