Ey ruyin asimanın xürşidi-nuri-tabi
Ey ruyin asimanın xürşidi-nuri-tabi, Bərgi-ləbi lətifin gülqənd afitabi,
Xət gəldi, yarı qıldı şərməndə əhli-dildən, Ol müşkmu qəzalın oldu füzun hicabi.
Şövqi-cəmalın, ey gül, yaşımı tökdü gözdən, Ol güldən eylədim mən təqtir bu gülabi.
Təshif ilə ləbindən bir busə istər aşiq, Miskinə sədqə vermək əfzun edər səvabi.
Açmış zəbani-halın isbatı-zati-həqqə, Hər bərgi-susən olmuş bir mərifət kitabi.
Derlər əzab olmaz cənnətdə, bu əbəsdir, Kuyində dil o hurün daim çəkər əzabi.