Ey rüxün gülzari-cənnət, saçların reyhanıdır
Ey rüxün gülzari-cənnət, saçların reyhanıdır, Ey dodağın abi-heyvan can anın heyranıdır.
Surətin lövhündə həq çəkmiş kəmali-qüdrətin, Əhsən, ey surət, kəmahı qüdrəti-rəhmanidir.
Gəl ki, yandırdı məni hicrində eşqin atəşi, Şərbəti-vəslin bu dərdli xəstənin dərmanıdır.
Mö’minin qəlbindədir əhli-yəqinin rövzəsi, Arifi-əsrari-həq şol rövzənin rizvanıdır.
Ey ki, hüsnündür kəmali-qüdrəti-rəhmanımız, Qüdrəti-rəhmana heyran olmayan şeytanidir.
Dilbərin yolunda sən gər əhl olursan, can fəda Tərki-can etmək yolunda ömri-cavidanidir.
Ey Nəsimi, həq sənə oldu çü Fəzli-müstəan, Şükri-əyyami-vüsalü rəhməti-rəhmanidir.
Lüğət: Gülzari – cinan – Cənnət gülzarı; Rövzə – Bağ; Əsrar – Sirlər; Şol – O