Əsas məzmuna keç

Qəzəl

Ey rövzeyi-behişt cəmalın nişanəsi

Seyid Əzim Şirvani

1

Ey rövzeyi-behişt cəmalın nişanəsi, Kövsər o ləli-şəhd-misalın nişanəsi.

Duzəx nümuneyi-ələmi-dərdi-firqətin, Cənnət nəimi-baği-visalın nişanəsi.

Bülbül nəvayə gəlməz idi şuri-eşq ilə, Gül olmasaydı arizi-alın nişanəsi.

Etməzdi hiç kəs Həcərül-əsvədi təvaf, Gər olmasaydı üzdəki xalın nişanəsi.

Mehrabə Seyyid etməz idi, baş əgib, namaz, Tağında olmasaydı hilalın nişanəsi.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.