Ey qübari-qədəmin ərşi-bərin başinə tac
Ey qübari-qədəmin ərşi-bərin başinə tac, Şərəfi-zatinə ədnayi-məratib me’rac.
Müntəha şər’inə ədyani-təmamiyyi-rüsul, Bəhrsən, sairi-ərbabi-risalət əmvac.
Xazini-gənci-şəfaət səni qılmış iyzəd, Hiç kim yox ki, sənə olmaya axir möhtac.
Sünnətin məğfirət əsbabinə minhaci-hüsul, Ta’ətin mə’siyət əmrazinə tədbiri-ilac…
Xəlqə təqlidi-sülukin səbəbi-hüsni-məaş, Mülkə təğyiri-təriqin əsəri-sui-mizac.
Qaim olmazdı nizamü nəsəqi-əsli-vücud, Verməsəydin əsəri-ədl ilə dünyayə rəvac.
Şükr-lillah ki, Füzulini edib daxili-feyz, Rəğıbətin daireyi-xovfdən etmiş ixrac.
Lüğət: Bəri – kənar; uzaq, boş; Məratib – mərtəbələr, dərəcələr; Ədyan – dinlər; Rüsul – elçilər, peyğəmbərlər; Ərbabi – yəqin – yəqinlik sahibləri, elm ilə yəqin mərtəbəsinə atanlar; Əmvac – ləpələr, dalğalar; Xazin – xəzinəçi; Minhac – böyük yol, şahrah; Hüsul – hasil olma, vücuda gəlmə. X; Təğyir – döndərmək, dəyişmək; Sui – məzac – bədtəbiət, bədxulq, bədxasiyyət; Nəsəq – nizam, qanun, tərtib