Əsas məzmuna keç

Qəzəl

Ey qönçədəhan, bağrımı qan eylədi eşqün

Məhəmmədəli Şəfai

2

Ey qönçədəhan, bağrımı qan eylədi eşqün, Daim işimi ahü fəğan eylədi eşqün.

Sevgin dili-viranədə bir gənc idi pünhan, Bu sirri açıb xəlqə əyan eylədi eşqün.

Gəzdirdi biyabanları, səhralərə saldı, Məcnun kimi rüsvayi-cahan eylədi eşqün.

Bir busə verib canımı aldınsa vəlakin, Çox vermək, az almaqda ziyan eylədi eşqün.

Bükdü qocalartək qədimi surətən, əmma, Mənaca məni təzə cavan eylədi eşqün.

Gahi o qılınc qaşlara verdi məni qurban, Müjgan oxuna gahi nişan eylədi eşqün.

Əksün mənə peymanədə göstərdi Şəfai, Qəlbim evini onda məkan eylədi eşqün.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.