Ey qönçə dəhan, bir güli-xəndan olacaqsan
Ey qönçə dəhan, bir güli-xəndan olacaqsan, Bülbül kimi gülşəndə qəzəlxan olacaqsan.
Təkmil edəcəkdir səni bu təbi-rəvanın, Bir şairi-xoş söhbəti-dövran olacaqsan.
Xidmət edəcəkdir vətənə, ellərə şerin, Oğlum, ata yurdunda bir ehsan olacaqsan.
Ay tək gəzərək, eşqü məhəbbət günəşindən Kəsb iylə işıq, gün kimi taban olacaqsan.
Dillərdə adın Namiqi-dövran deyilirkən, Hər cismdə can, canlara canan olacaqsan
Fəxr etmə Şəfai, demə şerimdə səfa var, Sən Namiqin əşarına heyran olacaqsan.