Əsas məzmuna keç

Qəzəl

Ey qılan də’vi ki, sufiyəm, fütüvvatın nədir

İmadəddin Nəsimi

1

Ey qılan də’vi ki, sufiyəm, fütüvvatın nədir? Gər səfa əhlindən oldun, həqqə mir’atın nədir?

Arifi-nəfs olmayınca kimsə bulmaz həqqə yol, Də’viyi-irfan edərsən, göstər isbatın nədir?

Olmayan fani, özündən mürtəfe olmaz hicab, Faniyəm dersən, əcəb, bu zərqü tamatın nədir?

Nuri-həqdən urma laf, ey kəndisindən bixəbər, Bilmədin çün səndə ol müsbahü müşkatın nədir?

Buriyavü teyləsanü xirqədən yox hasilin, Keç bu surətdən, özünü tanı kim, zatın nədir?

Eyləmişsən surəti-sufiliyi dükkani-kəsb, Bundan özgə var isə göstər kəramatın nədir?

Çünki sən məhkumi-nəfsi-şumsan, ey bülhəvəs, Kimsəyə kafir demə, qoynundakı latın nədir?

Də’vi eylərsən ki, mən seyri-məqamat eylərəm, Bilməzəm, ey xər, bu yolda mindiyin atın nədir?

Çün bulunmaz biriya aləmdə bir sahibkamal, Ey Nəsimi, fariğ ol, bunca məqalatın nədir?

______________________Milli Kitabxana_______________________

Lüğət: Mir – Ağa; Zərq – Hiylə, yaltaqlıq; Tamat – Boş sözlər, cəfəngiyyat; Laf – Cəfəngiyyat; Xirqə – Zahidlərin geydiyi qaba paltar; Nəfsi – şum – Uğursuz nəfs; Xər – Uzunqulaq; Fariğ – Boş, qayğısız

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.