Əsas məzmuna keç

Qəzəl

Ey qılan də’va ki, şaham, ədlü insafın qanı

İmadəddin Nəsimi

1

Ey qılan də’va ki, şaham, ədlü insafın qanı? Çün səfa əhlindən oldun, məşrəbi-safın qanı?

Hər quşun olmaz səadətli hümatək kölgəsi, Çünki simurğam deyərsən, laməkan Qafın qanı?

Əhli-irfanın yeri mə’nidə çün ə’raf imiş, Çün sən ariflərdən oldun, ürfü ə’rafın qanı?

Möhtəsib bazara girdi, həqqi batildən seçər, Qəlbim aridir deyən, şol doğru sərrafın qanı?

Başımı top eylərəm, meydana girdim, oynaram, Ey bu meydandan qaçan, şol urduğun lafın qanı?

Lütf əgər həqdən umarsan, göstər ehsan, lütf qıl, Lütfü ehsanından uman yara əltafın qanı?

Kafü nun əmrindən oldu mayəkun məkan ilə, Gər bu lövhün əbcədisən, nun ilə kafın qanı?

Ey Nəsimi, çün ulaşdın şeş cəhətdən yar ilə, Bicəhət oldu hüdudun, həddü ətrafın qanı?

______________________Milli Kitabxana_______________________

Lüğət: Laməkan – Məkansız; Möhtəsib – Möhtəsib (şəriət işlərinə baxan məmur); Şol – O

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.