Əsas məzmuna keç

Qəzəl

Ey pərtövi-diyari-rüxün nuri-kainat

İmadəddin Nəsimi

1

Ey pərtövi-diyari-rüxün nuri-kainat Kim, sünbülün səlasili həllali-müşkilat.

Yarəb, sifatını necə verim bu aləmə, Gər sən mənimlə olasan, ey dürri-bəhri-zat.

Etdi nüzul şə’ninə göydən kəlami-həq, Şərhü bəyanü surətin ismi tənəzzülat.

Nari-cəhimə saldı məni hicri-firqətin, Musayi-ləntərani kimi istərəm nəcat.

Xanda bulam təriqi-vüsalın məhəbbətin, Mən binəvaya olmasa gər səndən iltifat.

Məndən zəkati-hüsnünü, ey şah, əsirgəmə, Daim qəni zəkatın umar vacibüzzəkat.

Kəşf oldu sirr xali-xətindən Nəsimiyə, Elmül-əruz içində məfailü failat.

______________________Milli Kitabxana_______________________

Lüğət: Pərtöv – İşıq, parıltı; Səlasil – Zəncirlər; Bəhr – Dəniz; Təriq – Yol

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.