Əsas məzmuna keç

Qəzəl

Ey pərivəş hüsni gəncim, yar, səndən küsmüşəm

Şah İsmayıl Xətai

1

Ey pərivəş hüsni gəncim, yar, səndən küsmüşəm, Ləbi şəkkər, dişi incim, yar, səndən küsmüşəm.

Ayda-yildə bir gəzər gözüm görər yüzün sənin, Ey mənim görki güvəncim, yar, səndən küsmüşəm.

Gögdə istərdim səni, mən yerdə gördüm, bigüman, Töhfi-qüdrət, mahü əncüm, yar, səndən küsmüşəm.

Yar yarı beylə sorar, ey vəfasız bivəfa? Həddən ötdü dərdü rəncim, yar, səndən küsmüşəm.

Bu Xətayi gərçi kuyindən dilər dur olmaya, Vara bilmən çox üşəncim, yar, səndən küsmüşəm.

Lüğət: Hüsn – gözəllik; Gənc – xəzinə; Rənc – əziyyət; Dur – uzaq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.