Əsas məzmuna keç

Qəzəl

Ey pəri, şirin ləbin eşqində fərhad olmuşam

Şah İsmayıl Xətai

1

Ey pəri, şirin ləbin eşqində Fərhad olmuşam, Ta sana qul olmuşam, aləmdə azad olmuşam.

Ta ki, səndən ayru düşdüm, ey dilaramım mənim, Dəmbədəm dər naləvü əfğanü fəryad olmuşam.

Gərçi ğəmginəm ğəmi-hicrində, ey arami-can, Ta səni gördü gözüm, ğəmgin ikən şad olmuşam.

Ey sənəm, bu möhnəti-hicrü fəraqindən sənin Gər xərab idim, vəli vəslindən abad olmuşam.

Ta səni gördü Xətayi, bilməz özün xandadır, Ta sana mən aşina boldum, özüm yad olmuşam.

Lüğət: Dilaram – ürək dincliyi, gözəl; Hicr – ayrılıq; Vəli – ancaq, lakin

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.