Əsas məzmuna keç

Qəzəl

Ey pəri, hüsnün sənin cani-cəhandan yaxşıdır

Şah İsmayıl Xətai

1

Ey pəri, hüsnün sənin cani-cəhandan yaxşıdır, Bəlkə ancaq can degil, canü cahandan yaxşıdır.

Gərçi Yə’qubi zəif etdi fəraqi Yusifin, Zə’f içində ol dəxi mən natəvandan yaxşıdır.

Ögməyin mahi-fələknin pərtövi-rüxsarini, Ol pərinin hüsni mahi-asimandan yaxşıdır.

Aşiqi viranədən mən’ etmə, ey əql əhli kim, Xəstədil Məcnunə səhra xanümandan yaxşıdır.

Bu Xətayi cu kənarında nə baxsın sərvə kim, Qəddi-dilcuyi onun sərvi-rəvandan yaxşıdır.

Lüğət: Hüsn – gözəllik; Natəvan – gücsüz; Rəvan – həyat, diri, axan, gedən, ruh, can

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.