Əsas məzmuna keç

Qəzəl

Ey pəri, hüsnin sənin mahi-münəvvər görmüşəm

Şah İsmayıl Xətai

1

Ey pəri, hüsnin sənin mahi-münəvvər görmüşəm. Ol yüz üstə əbr tək zülfin müənbər görmüşəm.

Gərçi məhşər bir olur əhli-cəhanə, ey sənəm, Firqətinin hər günün mən ruzi-məhşər görmüşəm.

Bəs ki, bülbül tək cəhanda eşq ilən fəryad edim, Arizin baği gülin çün vərdi-əhmər görmüşəm.

Bəs mənim mülki-cəhanda taleyim firuz ola, Ta sənin yüzün kimi bir sə’di-əkbər görmüşəm.

Bu Xətayinin məqami asitanındır müdam, Çün səni şahi-kərəm, özümni Qənbər görmüşəm.

Lüğət: Hüsn – gözəllik; Münəvvər – işıqlı; Əbr – bulud; Müənbər – ətirli; Ariz – yanaq; Vərdi – əhmər – qırmızı gül; Əhmər – qırmızı; Müdam – davamlı, həmişə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.