Əsas məzmuna keç

Qəzəl

Ey nəsimi-sübhdəm, billah, şu yarım xoşmudur?

İmadəddin Nəsimi

1

Ey nəsimi-sübhdəm, billah, şu yarım xoşmudur? Şol həbibim, dilbərim, aləmdə varım xoşmudur? Şol mütərra mişki-zülfündən, səba, vergil xəbər, Şol üzü gül, qaməti sərvü çinarım xoşmudur? Şol ləbi lə’lü gözü ahuyi-şəhr la dilfirib, Şol saçı zülmət, bəni mişki-tatarım xoşmudur? Qönc içində qönçə olub dürc olur dürri-ədən, Şol çəmən səhnində açılmış baharım xoşmudur? Yel əlimdə, su gözümdə, od içimdə xak olur, Daim anda həşr olıcaq səbzəzarım xoşmudur? Çün Nəsimi saldı özün eşqinə pərvanətək, Ey üzü gülşən, sana bu ahü zarım xoşmudur?

Lüğət: Şol – O; Həbib – Dost, sevgili; Dilfirib – Ürəkaldadan; Dürc – Mücrü; Xak – Torpaq

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.