Əsas məzmuna keç

Qəzəl

Ey navəki-şövqin sipəri-sineyi-əhbab

Məhəmməd Füzuli

1

Ey navəki-şövqin sipəri-sineyi-əhbab, Zülfün xəmi ərbabi-vəfa seydinə qüllab!

Mehrabdə şəkli-xəmi-əbruyi-lətifin, Vacib bu cəhətdən qamuya səcdeyi-mehrab.

Suzim der idim şəm’ sana eyləyə rövşən, Nəzzareyi-rüxsarına yox şəm’də həm tab.

Xurşid cəmalından ol ay saldı niqabın, Sübh oldu, dur ey bəxt, nədir munca şəkərxab?

Dün sübh yetirdim fələkə mövci-sirişkim, Qərq etdi fələk üzrə olan əncümü girdab.

Saqi məgər ol lə’l sözün der meyi-nabə Kim, düşdü əyağinə, əlin öpdü meyi-nab?!

Cəm’iyyəti-əsbabə könül vermə, Füzuli Kim, təfriqədir xatirə cəm’iyyəti-əsbab.

Lüğət: Navək – ox; Əhbab – dostlar; Ərbabi – yəqin – yəqinlik sahibləri, elm ilə yəqin mərtəbəsinə atanlar; Qüllab – çəngəl, qarmaq; Dur – uzaq; Şəkərxab – sizin yuxu; Sirişk – göz yaşı; Əncüm – ulduzlar; Təfriqə – dağınıqlıq, ayrılıq

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.