Əsas məzmuna keç

Qəzəl

Ey nafeyi-Çin saçın siyahı

İmadəddin Nəsimi

1

Ey nafeyi-Çin saçın siyahı, Hüsnün dəli qıldı mehrü mahı.

Şəqqülqəmər oldu istivadən, Şərh eylə bu sirrini kəmahi.

Ey eşqə ədüvvü, hüsnə münkir, Təzvir ilə çəkmə bunca ahı!

Gər ne’məti-cavidan dilərsən, Heyvanlara qoy bu abü kahı.

Ey eşqə günah deyən günahkar, Tərk eyləməzəm mən ol günahı.

Çün vəhdətə buldu yol müvəhhid, Cərh oldu bu münkirin güvahı.

Məqsudunə bulmadı hidayət, Hər kimsə ki, bilmədi bu rahı.

Mislivü nəziri yoxdur anın, Vəsfində nə söyləyim, ilahi?!

Şol başə ki, taci-dövlət endi, Neylər kəməri, nedər külahı?

Sultandır iki cahanda şol kim, Fəzli-həq ola anın pənahı.

Məhv oldu Nəsimi eşq içində, Dəryayi-mühitə düşdü mahi.

Lüğət: İstiva – Ekvator xətti; Münkir – İnkar edən; Təzvir – Hiylə; Güvah – Şahid; Hidayət – Doğru yolda rəhbərlik; Şol – O; Külah – Papaq; Mahi – Balıq

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.