Ey müsəlmanlar, əsiri-zülfi-yarəm, doğrusu
Ey müsəlmanlar, əsiri-zülfi-yarəm, doğrusu, Bu siyəhkarın əlində biqərarəm, doğrusu.
Derdim, ol dilbər yanında e’tibarım var mənim, Yoxladım, etdim yəqin, bie’tibarəm, doğrusu.
Bir quru candan nolur, qurban edim cananimə, Ol pəri rüxsardən çox şərmsarəm, doğrusu.
Şah Xətayi seyrə çıxdı, açdı Hürrin qəbrini, Bar-ilahi, əfv qıl kim, tövbəkarəm, doğrusu.