Əsas məzmuna keç

Qəzəl

Ey məni hicran əlində zarü giryan eyləyən

Şah İsmayıl Xətai

1

Ey məni hicran əlində zarü giryan eyləyən, Çeşmimi giryan edüb sinəmni büryan eyləyən.

Gərçi bu dərdə məni saldın, əya arami-can, Həm yenə dərdindürür bu dərdə dərman eyləyən.

Gərçi eyd oldu cəmalın xəlqə, ey əbru hilal, Bəndəyəm ol eyd içün, canımnı qurban eyləyən.

Gərçi ğəmzən tiğ olubdur xeyli-üşşaqə, vəli Çeşmi-xunxarındurur həm dəmbədəm qan eyləyən.

Eşqinin sərbazları çoxdur, vəli yoxdur dəxi Bu Xətayi xəstə tək ahəngi, meydan eyləyən.

Lüğət: Eyd – bayram; Əbru – qaş; Hilal – aypara; Tiğ – qılınc; Vəli – ancaq, lakin; Çeşmi – giryan – ağlar göz

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.