Ey məni heyran edən, dər xab gördüm mən səni
Ey məni heyran edən, dər xab gördüm mən səni, Ey pəri, nə adəmi, məhtab gördüm mən səni.
Görəli mehri-rüxin çeşmim münəvvərdir mənim, Dünyada xurşidi-aləmtab gördüm mən səni.
Eşqinin dəryasinə qərq olmuşam qəvvas tək, Bəhri-dildə lö’löi-sirab gördüm mən səni.
Yüzün üstə göz ilən qaşını ta kim görmüşəm, Qibleyi-üşşaq içün mehrab gördüm mən səni.
Ey Xətayi, dilbərin xurşidi-tabandır məgər Kim, baxanda didəsi pür ab gördüm mən səni.
Lüğət: Xab – yuxu; Məhtab – ay işığı; Mehr – günəş; Çeşmi – giryan – ağlar göz; Münəvvər – işıqlı; Xurşid – günəş; Qəvvas – üzgüçü; Bəhr – dəniz; Sirab – doymuş; Mehrab – məsciddə qiblənin istiqamətini göstərən dairəvi yer; Taban – parlaq; Didə – göz; Pür – dolu