Əsas məzmuna keç

Qəzəl

Ey mələk surətli insan, ey günəş yüzli pəri

Şah İsmayıl Xətai

1

Ey mələk surətli insan, ey günəş yüzli pəri, Görmədi aləmdə mərdüm bir sənin tək dilbəri.

Sanma ancaq müşkə verdi bu siyəhruluğ saçın, Məh yüzün qıldı xəcil bağlarda vərdi-əhməri.

Eşqinə düşən könüllər sanma kim, abad ola, Onlarun şəhrin xərab etdi fəraqin ləşkəri.

Oldu səhradə yerim, insan içindən dur olub, Ta ki gördü gözlərim sən ahu gözlü dilbəri.

Uş bu mə’nidən Xətayi hur söylər hüsnini Kim, ləbin peymanəsi bəxş eylər abi-kövsəri.

Lüğət: Mərdüm – xalq, göz bəbəyi; Məh – ay; Vərdi – əhmər – qırmızı gül; Əhmər – qırmızı; Ləşkər – qoşun; Dur – uzaq; Hüsn – gözəllik; Peymanə – qədəh, piyalə; Abi – həyat – dirilik suyu

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.