Əsas məzmuna keç

Qəzəl

Ey məh, sənə bu ahi-dəmadəm nə üçündür

Seyid Əzim Şirvani

1

Ey məh, sənə bu ahi-dəmadəm nə üçündür, Ayineyi-dildə kədərü qəm nə üçündür?

Batdın genə bəxtim kimi bilməm nə qərayə, Qurban sənə, bu şiveyi-matəm nə üçündür?

Təcridi-lətafətlə sən İsayi-zamansan, İsayə, nigarım, qəmi-Məryəm nə üçündür?

Dünyayə gələn getmək üçündür, bu nə qəmdir, Bir fikr elə bu xilqəti-aləm nə üçündür?

Seyyid, əgər ol şəmə sənin yanmadı könlün, Bəs pərdeyi-çeşmində olan nəm nə üçündür?

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.