Əsas məzmuna keç

Qəzəl

Ey mana nahaq deyənlər, qandadır bəs yaradan

İmadəddin Nəsimi

1

Ey mana nahaq deyənlər, qandadır bəs yaradan? Gəl gətir isbatını, kimdir bu şeyni yaradan?

Odu su, torpağü yeldən böylə surət bağlayan, Böylə dükkan yasıyan kəndi çıxarmı aradan?

Gəl mana bir söyləgil, kimdir sənin nitqində kim, Söyləyən, söylətdirən, eşitdirən hər yanadan?

Çünki bir şəhrin içində məscidü meyxana var, Əhli-həq fərq eyləməz məscidləri meyxanadan.

Ol kim, özün bilmədi, düşdü cahana dərbədər, Varlığın həq bilmədi, qurtarmadı əmmarədən.

Avara tək nə gəzirsən, ey özündən bixəbər, Gəl həqin sirrini istə aşiqi-biçarədən.

Oynaram rəqqas olub çəngü dəfü tənbur ilən, Çünki məndə şeş cəhət var, dönməzəm çarparadan.

Çün Nəsimi on səkiz min aləmin məqsududur, Kim bu dövrü bilmədi, sür ta çıxa dəvvarədən.

______________________Milli Kitabxana_______________________

Lüğət: Əmmarə – Əmr edən

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.