Ey ləli-ləbin şireyi-şəkkər təki şirin
Ey ləli-ləbin şireyi-şəkkər təki şirin, Föhşi-dəhənin, qəndi-mükərrər təki şirin.
Yüz şəkkərü şirini ola Xosrovun, olmaz Hərgiz ləbi-Şirin ilə Şəkkər təki şirin.
Vəsf eyləməyin, çox yemişəm Misr nəbatın, Əsla ola bilməz ləbi-dilbər təki şirin.
Nəxli-əsəlin rəşk ilə təlx oldu məzaqi Kim, şirəsi olmaz o ləbi-tər təki şirin.
Badam mizacın hükəma təlx deyiblər, Mən görməmişəm hiç o gözlər təki şirin.
Seyyid, sanə düşnam desə yar, nə eybi, Acı sözüdür könlümə şəkkər təki şirin.